Ümümdünya Səhiyyə Təşkilatının rəsmi qaydalarına əsasən allergik xəstəliklərin müalicəsi aşağıda qeyd olunanlardan ibarətdir:
1. Farmakoloji terapiya
2. Eliminasiya terapiyası
3. Allergenspesifik immunoterapiya
Antihistamin və allergiya əleyhinə olan preparatlar allergik xəstəliklərin gedişatını kontrol etməyə və tam fiziki və sosial fəaliyyəti saxlamağa kömək edir.Medikamentoz terapiyanın-antihistamin və hormonal preparatların çatışmamazlığı ondan ibarətdir ki,onlar patogenezin fərdi hissələrinə təsir edirlər və müalicə bitdikdən sonra simptomlar yenidən baş qaldırır.
Allergenspesifik immunoterapiyanın aparılma qaydası:
Pasientin hansı allergenə qarşı həssaslığı varsa,o allergenin su-duz ekstraktını tədricən artan dozalarla onun orqanizminə daxil edirlər.
Allergenspesifik immunoterapiyanın məqsədi- blokedici əkscisimlərin əmələ gəlməsini təmin etmək və ”günahkar” allergenə qarşı orqanizmin həssaslığını azaldmaq.
ASİT - terapiyanın aparılma üsulu iki mərhələdən ibarətdir:
1. Başlanğıc mərhələ:tədricən artan dozaların maksimuma çatdırılması.
2. Saxlanılma fazası:maksimuma çatmış dozanın saxlanılması.
Allergenin konsentrasiyası və dozası individual və spesifikdir,allergenin növündən,onu daxil etmə yolundan və insanın vəziyyətindən asılıdır.
Allergenspesifik immunoterapiya hansı allergiyanı müalicə edir?
ASİT –terapiya elmi əsaslandırılmış və geniş istifadə olunan effektiv üsuldur.
Bu üsulla aşağıda qeyd olunan allergik xəstəlikləri müalicə edirlər.
1) pollinoz və ya mövsüm ilə bağlı allergiya
2) il boyu olan allergik rinit
3) bronxial astma və başqaları
ASİT- terapiya klinik remissiya zamanı,allerqoloq-immunoloq tərəfindən allerqoloji kabinetdə aparılır