Hörmətli izləyicilər!
Sizlərə müraciətimi alman filosofu Artur Şopenhauerin sözləri ilə başlamaq istərdim:
“Sağlamlıq hər şey deyil, amma sağlamlıq olmasa hər şey heçnədir”
Bu sözlərdə çox böyük həqiqət var və nə yaxşı ki bizim indi yaşadığımız dövrdə sağlamlığımızı qorumaq və çox xəstəlikləri vaxtında aşkar edib müalicə etmək üçün yüksək səviyyəli müayinə və müalicə üsulları, tibbi avadanlıqlar, savadlı və peşəkar tibb işçiləri var.
Azərbaycan Respublikasının da Səhiyyə sistemi bu sahədə heç də başqa ölkələrdən geridə qalmır.
Ölkə Prezidenti cənab İlham Əliyev Ölkəmizdə Səhiyyə xidmətinin yüksək səviyyədə qurulması üçün bütün tədbirlərin həyata keçirilməsinə nail olmuş və bu sahəni həmişə diqqət mərkəzində saxlamışdır.
Cənab Prezidentin tapşırığına əsasən ölkədə müasir tələblərə cavab verən özəl tibb müəssisələrininin açılması və əhaliyə yüksək tibbi xidmətin göstərilməsinə başlanmışdır .
Bu baxımdan 2004-cü ilin fevral ayından “Nəbz” Tibb Mərkəzi fəaliyyətə başlamışdır. Yeni açılarkən altı kabinetdən ibarət olan klinikamız bu illər ərzində surətlə genişlənərək və inkişaf edərək böyük bir mərkəzə çevirilmişdir. “Nəbz”Tibb Mərkəzi Azərbaycan Səhiyyə sistemində özünə məxsus yer tutmuşdur. Klinikamız qısa müddət ərzində əldə etdiyi nəaliyyətlərə görə əhali arasında etibar və nüfüz qazanmışdır. Təbii ki, nail olduğumuz uğurlarda peşəkar, təcrübəli həkim və orta tibb işçilərinin də çox böyük rolu var.
Ümid edirəm ki, birlikdə inkişaf edərək daha böyük işlərə imza ataq!
Hörmətlə “Nəbz” Tibb Mərkəzinin icraçı direktoru Məmmədova T.Ə.