Kəmalə Ağayeva - Həkim "Terapevt"
Konsultativ iş və ictimai fəaliyyət:
2009-cu il yanvar – “Antibakterial dərman vasitələrinin rasional tətbiqi” klinik protokollarının işlənib-hazırlanması.
2009-cu il iyun – “Sübutlu Təbabət və klinik Protokolların Hazırlanması” təlim seminar. Bakı, Azərbaycan.
2008-2009-cu illər Azərbaycan Respublikasının milli dərman formulyarının ayrı ayrı hissələrinin yazılması və tərtibi.
Azərbaycan Tibb Universitetinin Approbasiya Elmi Şurasının üzvü, Azərbaycan Kardioloqlar Cəmiyyətinin üzvü.
35-dən çox elmi məqalələrinin müəllifidir.
1977-ci il sentyabr -1987-ci il iyun Bakı ş. 2 saylı orta məktəb (qızıl medal)
1987-ci il sentyabr – 1993-cü il iyun Azərbaycan Tibb Universiteti (qırmızı diplom)
Fakültə: müalicə və profilaktika işi
İxtisas: terapevt
1993-cü il sentyabr – 1995-ci il sentyabr ATU “Kliniki farmakologiya” kafedrası, klinik ordinator.
1995-ci il dekabr – 2003- cü il oktyabr ATU “Kliniki farmakologiya” kafedrası, aspirant.
İxtisas: terapevt
Elmi dərəcə: tibb elmləri fəlsəfə doktoru, PhD.
2003-cü ildə “Ürəyin işemik xəstəliyi və arterial hipertenziyası olan xəstələrdə lasidipinin hemodinamikaya ve hemoreologiyaya təsiri” adlı elmi işini müdafiə edərək tibb elmlər namizədi adını almışdır.
Profilaktik tibb fakültəsini bitirmişdir.
2004-cü il fevral - hal-hazırki günədək Azərbaycan Tibb Universitetinin Kliniki farmakologiya kafedrasl, assistent, PhD.
1993-2007-ci il Məlikov adına 6 saylı BŞX; 2007 -2011-ci illər C.Abdullayev adına Kardiologiya Elmi Tədqiqat İnstitutu; 2011-ci ildən ATU Tədris Terapevtik Klinikası.
2008 aprel -2011-ci il yanvar – Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi, Dərman vasitələrini qeydiyyatl şöbəsi – aparıcı mütəxəssis.
2011-ci il fevral ayından hal-hazırki günədək ATU Tədris Terapevtik Klinikasının “Pulmonologiya, allerqologiya” şöbəsinin müdiri.
11.08.2014-cü il -11.09.2014-cü il tarixləri müddətində İstanbul Tıp Fakültəsi Genel Dahiliyye və Anabilim dalına bağlı Geriatri Bilim Dalında gözləmçi həkim qismində bir aylıq təkmilləşmə kursu.