Plexr Plus - Tibbi və estetik sahə üçün nəzərdə tutulan patentləşdirilmiş və təhlükəsiz cihazdır. Dünyanın 50-dən çox ölkəsində, 13 000 - dən çox kvalifikasiya olunmuş həkim tərəfindən istifadə olunur. Plazma axını vasitəsiylə, müxtəlif növ dəri qüsurları, ləkələr, akne, çapıq, qırış, papilloma, xal və ziyillər aradan qaldırılır, şramlar bərabərləşdirilir və dərin qırışlar bərpa edilir. Bu metod dərinin qaçınılmaz zədələnmə ehtimalını minimuma endirir, çünki defektin aradan qaldırıldığı nöqtədə infeksiyaların düşməsindən qoruyan sıx qat yaradılır. Bu cihazın ən əsas üstünlüyü dünyada yeganə heç bir qansız, kontaktsız və ağrısız blefaroplastika əməliyyatını ən mükəmməl şəkildə, qısa müddətdə həyata keçirə bilməsidir. Həmçinin cihazla birbaşa gözün özünün üzərində müxtəlif əməliyyatlar etmək mümkündür. Dünyanın müxtəlif ölkələrində mütəxəssislər bu cihazla burun çəpəri və ya rinoplastika əməliyyatı sonrası nöqsanları və əyriliyi bərba etmək üzərində müxtəlif uğurlu praktikalar aparırlar. Qısacası bu cihaz hər bir dermatoloqun və cərrahın inanılmaz nəticələr əldə etməsinə vasitəçi innovativ cihazdır.
CİHAZ
- İstifadə müddətinin monitorinqi/aktivlik (şifrə ilə təhlükəsizlik sistemi).
- Pedal vasitəsiylə başlıqların aktiv edilməsi
- Simsiz induksiya üçün innovativ şarj sistemi.
- Başlıqların sistemə avtomatik qoşulması.
- Fərdi başlıqlar üçün istifadə vaxtının monitorinqi (reset funksiyası ilə).
- Bir xəbərdarlıq siqnalı ilə SCT (self-test) funksiyası.
- Çıxarıla və ya əvəzedilə bilən Litium polimer batareyaları
- Başlıq və baza arasında simsiz əlaqə sistemi- Hər başlıqda müxtəlif tezliklər və gücün ötürülməsi mərhələləri
- Videolara baxış,cihazın idarəsi və seansın xarakteristikalarının qurulması üçün nəzərdə tutulan sensor ekran.
- Sukeçirməzlik.
- Avtomatik və seçiləbilən soyutma sistemi