ARIQLAMA APARATI 5×1
Aparatın funksiyaları:
1. Kavitasiya: ultrasəsin köməkliyi ilə lokal piy təbəqəsinin kiçilməsi, sellülitin aradan qaldırılması.
2. RF liftinq: dəri elastikliyinin artırılması, dərinin ümumi cavanlaşması, kiçik qırışların aradan qaldırılması, yaşla əlaqədar çəki itirəndən sonra sallanmış dərinin dartınması.
3. Fonoforez: əzələ tonusunun artırılması, dərinin qidalanması, relyefinin yaxşılaşdırılması.
4. Vakuum masaj: qan dövranını, maddələr mübadiləsini və liflərin qidalanmasını yaxşılaşdırır, piy toxumasının parçalanması prossesini stimullaşdırır. RF dərinin liftinqini təmin edir.
5. Soyuq çəkic: damarları möhkəmləndirir, piy ifrazatını normalaşdırır, dəri rəngini yaxşılaşdırır, məsamələri daraldır, sakitləşdirici və iltihabəleyhinə xüsusiyyətlərə malikdir.